Masaj


Image Variety

Masaj ( 30 DƏQİQƏ )

Bədənin rahatlanma texnikasının biridə masajdır. İlk masaj Hindistanda və Çində edilib amma kökləri qədim Yunanlara qədər gedib çıxır. Masajın faydaları çoxdur tibbi nöqtəyi nəzərdən dəriyə olan faydası qədər də iç orqanlarına da faydası çox böyükdür. Qan dövranını gücləndirir, hormonları tənzimləyir, dərini yumşaldır və s... ən əsas isə masaj olunanda bədəndə təbii bir metobolizm qaynağı olan endorfin yaranır.

Image Variety

VAKUUM MASAJ BANKA İLƏ ( 30 DƏQİQƏ )

Müasir şüşə bankanı saxsı küpələr əvəz edir. Banka masajı nəticəsində tənəffüs sistemi yaxşılaşır. Banka masajı əzələnin elastikliyini artırır və qan dövranını yaxşılaşdırır.

Image Variety

MASAJ BAL İLƏ ( 30 DƏQİQƏ )

Əzələ ve skelet sistemi rahatsızlığlarına xeyir verən bal terapiyalı masajdır, fiziki və zehn yorğunluğunu, yuxu pozuntusu kimi rahatsızlıklarl aradan qaldırır. Bal masajını əsasən bel ve boyun hissəsinə edilir.

Image Variety

SÜPÜRGƏ

Hamam üçün süpürgə - müalicəvi otların budaqlarından hazırlanmış dəstədir. Onu bədənə vurduqca əsas masaj rolunu oynayır, həm də müalicəvi otların tərkibindəki maddələr, əsasən də efir yağları isti hava şəraitində buxarlanır və dəriyə daxil olur, bu da onun çox faydalı olduğunu bir daha sübut edir. Ən önəmlisi də bir neçə müalicəvi otlardan hazırlanan süpürgələrdən istifadə ediləndə daha gözəl nəticələr.

Image Variety

BAMBUK

Masaj zamanı aromayağlar və bambuk çubuqlardan istifadə olunur. Bədənin bel tərəfini, qabağ tərəfini, daban, ovuc və barmağları massaj edirlər.

Incə Kaprizlər Haqqımızda rəylər

Məni rəfiqəm bu məkana dəvət etdi. Çox məmnun qaldım. Mən də indi hamıya tövsiyyə edirəm. Deməklə bu rahatlığı anlatmaq mümkün deyil. Gərək gedib görəsiz. Çox gülərüz insanlar, xoş qarşılama, rahat məkan sizin tam dincəlməniz üçün əvəzolunmaz şərait yaradır.

Qurbanova Risalə

Tibbi meneger

Çox yerdə olmuşam, müxtəlif spa salonları, qadın hamamı və saira. Lakin hər şeyi hərtərəfli bəyəndiyim yer bu məkan oldu. İncə kaprizlər məkanı biz xanımla üçün hər şeyi düşünüb. Rahatlığı ideal səviyyədə. Ən çox da professional masajı bəyəndim. Təşəkkür edirəm sizə.

Hüseynova Mətanət

Müəllimə