İncə Kaprizlər PERSONALIMIZ

PERSONALIMIZ

Bizim peşəkar personalımız sizə düzgün istirahətiniz üçün hər bir məsləhətləri verməyə hazırdılar. Şəhərin səsli-küylü həyatından bir anlıq ayrılın və özünüzü başqa bir aləmdə hiss edin. “İncə Kaprizlər” hamamında sizin xidmətinizdə ləziz yeməkləri ilə seçilən restoranımız, bar, vaxtınızı daha marağlı keçirmək üçün karaoke, qəlyan sevənləri də unutmamışıq, rus saunası, rus süpürgəsı, milli dəyərimiz - kisə, masaj. Bunlardan başqa gözəlliyinizə gözəllik qatmaq üçün saça qulluq, manikür-pedikür, peşəkar vizajist xidmətləri, dərinizin təravəti üçün təcrübəli kosmetoloq fəaliyyət göstərir. Əziz qadınlarımız, bütün saydıqlarımız yalnız sizi sevindirmək, sizə qulluq etmək, ruh rifahınızı yüksəltmək, bir sözlə sizləri dahada xoşbəxt etmək üçündür. Bütün bunlardan əlavə məkanımızda xınayaxdı, ad günləri, partilər yüksək səviyyədə, peşakarlar tərəfindən keçiriləcək. Sizi “İncə Kaprizlər” də öz kaprizləriniz ilə səbirsizliklə gözləyirik

Incə Kaprizlər Haqqımızda rəylər

Məni rəfiqəm bu məkana dəvət etdi. Çox məmnun qaldım. Mən də indi hamıya tövsiyyə edirəm. Deməklə bu rahatlığı anlatmaq mümkün deyil. Gərək gedib görəsiz. Çox gülərüz insanlar, xoş qarşılama, rahat məkan sizin tam dincəlməniz üçün əvəzolunmaz şərait yaradır.

Qurbanova Risalə

Tibbi meneger

Çox yerdə olmuşam, müxtəlif spa salonları, qadın hamamı və saira. Lakin hər şeyi hərtərəfli bəyəndiyim yer bu məkan oldu. İncə kaprizlər məkanı biz xanımla üçün hər şeyi düşünüb. Rahatlığı ideal səviyyədə. Ən çox da professional masajı bəyəndim. Təşəkkür edirəm sizə.

Hüseynova Mətanət

Müəllimə

Incə Kaprizlər Qalereya