İncə Kaprizlər

QADIN SAUNASI

Sauna qadın üçün çox faydalıdır, o dərini təmizləyir, toksinləri çıxardır, yorğunluğun qarşısını alır, maddələr mübadiləsini gücləndirir. Qadın orqanizmi saunanı daha rahat qəbul edir, terapevtik effekti isə yüksəkdir. Dəri məsamələrini təmizləyir, böyük və xırda müsbət cəhətləri ilə fərqlənir. Bütün saydığlarımızı ancaq o halda almaq olar ki, saunadan düzgün istifadə edək. Gözəllik prosedurları üçün öncədən maskalar, skrablar, qidalandırıcı kremlər (hansını edəcəyinizdən asılı olaraq) hazırlayırıq. Saunadan əvvəl duş qəbul etməliyik, amma saçlarımızı islatmamalıyıq, qurulanmalıyıq. Sonra papaq geyinilir və saunaya daxil olursunuz. Öncə alt oturacaqda, bədən öyrəşdikdən sonra ust qata keçə bilərsiniz. Burada ancaq istirahətiniz haqqında düşünməlisiniz, bütün problemlər yaddan çıxmalıdır, emosiyalar olmamalıdır. Yalnız istirahət. Söhbəti sonra da edə bilərsiniz.

Incə Kaprizlər Haqqımızda rəylər

Məni rəfiqəm bu məkana dəvət etdi. Çox məmnun qaldım. Mən də indi hamıya tövsiyyə edirəm. Deməklə bu rahatlığı anlatmaq mümkün deyil. Gərək gedib görəsiz. Çox gülərüz insanlar, xoş qarşılama, rahat məkan sizin tam dincəlməniz üçün əvəzolunmaz şərait yaradır.

Qurbanova Risalə

Tibbi meneger

Çox yerdə olmuşam, müxtəlif spa salonları, qadın hamamı və saira. Lakin hər şeyi hərtərəfli bəyəndiyim yer bu məkan oldu. İncə kaprizlər məkanı biz xanımla üçün hər şeyi düşünüb. Rahatlığı ideal səviyyədə. Ən çox da professional masajı bəyəndim. Təşəkkür edirəm sizə.

Hüseynova Mətanət

Müəllimə

Incə Kaprizlər Qalereya